Dünya çempionatı: Beş güləşçimiz medal uğrunda tatamiyə çıxacaq
Albaniyanın paytaxtı Tiranada güləş üzrə 23 yaşadək idmançıların dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, yarışın 6-ci günündə 5 sərbəst güləşçimiz mübarizə aparacaq.
Vasif Bağırov (57 kq) ilk mərhələdə ermənistanlı Manvel Xndzrtsyanla üz-üzə gələcək.
Rəşid Babazadənin (65 kq) ilk rəqibi Alibeq Saigidgusein (Bəhreyn) olacaq.
Maqommed Bəşir Xanıyev (70 kq) Muhammad Abdurahmanovu məğlub etməyə çalışacaq.
Ali Cokayev (79 kq) təsnifat mərhələsində Arjan Danaj (Albaniya) ilə qarşılaşacaq.
Aslan Abakarov (97 kq) ilk görüşdə iranlı Mahdi Moharamali ilə münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb. Qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) dünya çempionu olub.