İki qadın güləşçimiz üçün bürünc medal şansı - Dünya çempionatı
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, mundialın üçüncü günündə qadın güləşçilər də mübarizəyə qoşulublar.
Azərbaycan millisi 5 çəkidən 3-də təmsil olunub, hər 3 idmançımız ilk görüşdə uduzub.
Lakin 50 kq-da Elnurə Məmmədova və 59 kq-da Gülər Məmmədovanın rəqibləri finala vəsiqə qazandığı üçün güləşçilərimiz təsəlliverici görüşlərdə iştirak hüququ əldə ediblər.
Təmsilçilərimiz təsəlliverici görüşləri keçsələr, bürünc medal qazana bilərlər.
55 kq-da yarışan Gültəkin Şirinovanın rəqibi isə finala çıxa bilməyib.
Dünya çempionatına oktyabrın 27-də yekun vurulacaq.