Dünya çempionatına ev sahibliyi edəcək ölkə açıqlandı
Güləş üzrə 2023-cü il Dünya çempionatına ev sahibliyi edəcək ölkənin adı müəyyənləşib.
mediasport.az xəbər verir ki, mundial ardıcıl 2-ci dəfə Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
Yarışı təşkil etmək üçün Azərbaycan və Türkiyə də namizədliyini irəli sürmüşdü. Dünya çempionatı gələn il 16-24 sentyabr tarixlərində keçiriləcək. Eyni zamanda, sentyabrın 23-də start götürəcək Asiya Oyunları ilə bağlı yarışın vaxtında dəyişiklik edilə bilər.