"Yuventus"u İtaliya derbisindən əliboş yola salıblar - VİDEO

"Yuventus"u İtaliya derbisindən əliboş yola salıblar - VİDEO

İtaliya A seriyasında 23-cü turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, turun mərkəzi qarşılaşması - İtaliya derbisi Milan şəhərində baş tutub.

Çempionluq yarışında amansız mübarizə aparan 2 kollektivin - "İnter" və "Yuventus"un duelinde sevinən meydan sahibləri olublar - 1:0.

"Neradzurra" bu qələbə ilə xallarını 57-yə çatdıraraq liderliyini möhkəmləndirib, aktivində 53 xal olan "qoca sinyora" ikinci pillədə qərarlaşıb.


İtaliya, Seria A


"Torino" - "Salernitana" 0:0

"Napoli" - "Verona" 2:1

"Atalanta" - "Latsio" 3:1

"İnter" - "Yuventus" 1:0