"Sabah" növbəti oyununda da məğlub olub - FİBA Avropa Kuboku

"Sabah" növbəti oyununda da məğlub olub - FİBA Avropa Kuboku

“Sabah” basketbol klubu FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu qrup mərhələsinin 3-cü turu çrəçivəsində Çexiyada "Nimburk"la qarşılaşıb.

İlk iki matçda məğlub olan Boban Mitevin komandası bu dəfə daha böyük hesablı - 34 xal fərqlə yenilgi alıb - 61:95.

Qeyd edək ki, "Sabah" ilk tur səfərdə Şimali Makedoniyanın "Mornar" klubuna 75:80, ikinci turda isə Bakıda Türkiyənin “Bağçaşəhər” klubuna 65:83 hesabı ilə uduzub.