Baxşıyev "Qarabağ"la 2:2 haqda: "Komandam mənə sürpriz etdi"

Baxşıyev "Qarabağ"la 2:2 haqda: "Komandam mənə sürpriz etdi"

"Qəbələ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Qarabağ"la 2:2 hesablı heç-heçə edib.

 

mediasport.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev oyun haqda fikirlərini bölüşüb.

- Komandamız oyuna yaxşı köklənmişdi. Məşq prossesində də hiss edirdik. Həm biz, həm də siz oyundan zövq aldız. Dinamika yaxşı idi. Beş gündən bir oynayacağıq. Hələ ki, kubokda az da olsa, şansımız qalır. Daha yaxşı bərpa keçib, qarşıdakı oyuna hazırlaşacağıq.

 

Heç-heçə sürpriz oldu nəticə?

- "Qarabağ"a qarşı oyun baxımından komandam mənə sürpriz etdi. İstədiyimi komandamdan görürdüm. Uduza da bilərdik. Amma ümumi göstərdiyimiz performansı, komandanın əziyyətini heç-heçəyə dəyərləndirərdim. Komandamın oyunundan razıyam. Bu gün baxımlı oynadıq.

 

İlkin Qırtımovun zədəsi ciddidir?

- Xeyr, sadəcə, risk etmək istəmədik.

 

"Qarabağ"ı keçə biləcəksiz?

- Şans varsa, sona qədər mübarizə aparmağa çalışmaq lazımdır. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, növbəti mərhələyə çıxaq. Amma "Qarabağ" cütün favoritidir.

 

Səfər qolunun ləğvinə görə təəssüflənirsiz?

- Bu, bütün komandalara aiddir.