Cüdoçunu bıçaqla öldürən Ruslan Əməkdar məşqçinin oğlu imiş
“Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində keçirdiyi yarışda qətl hadisəsi törədilməsindən məlumatlısız. Hadisənin səbəbi və bəzi detallar üzə çıxıb.
mediasport.az xəbər verir ki, idman qurğusunda təşkil edilmiş cüdo yarışı zamanı Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.
2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.
Məlumata görə, tərəflərin mübahisəsinə Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan buna etiraz etdikdə aralarında yaranmış münaqişə qanlı hadisə ilə nəticələnib. Ruslan Səfixanov cüdo üzrə Əməkdar məşqçi Elçin Səfixanovun oğludur.