Əməliyyat edilən "Səbail"in futbolçusu üçün il başa çatıb
“Səbail”in futbolçusu Cabir Əmirli əməliyyat olunub.
Mediasport.az xəbər verir ki, məşqdə zədə alan müdafiəçi ilin qalan hissəsini buraxmalı olacaq.
Bayıl klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun bildirdiyinə görə, 26 yaşlı futbolçu menisk əməliyyatını Türkiyədə keçirib.
Klub rəsmisi "Ötən həftə məşqdə zədə aldı, dərhal əməliyyata göndərdik. Cabir təxminən 2 aydan sonra məşqlərə başlayacaq. Həkimlərimiz çalışırlar ki, qış təlim-məşq toplanışına qədər hazır olub kollektivə qoşulsun" - deyə, saytımıza açıqlamasında qeyd edib.
Bildirək ki, Cabir Əmirli cari mövsümün ilk dövrəsində bütün oyunlarda meydanda olub (9 matç).