Emin Mahmudov tarixə düşdü

Emin Mahmudov tarixə düşdü

"Neftçi" Azərbaycan Premyer Liqasının 29-cu turunda "Sumqayıt"la qarşılaşıb.

Mediasport.az xəbər verir ki, "ağ-qaralar"ın kapitanı Emin Mahmudov "kimyaçılar"la görüşdə fərqlənərək, ölkə çempionatlarında ümumi qol sayını 40-a çatdırıb.

Premyer Liqada yalnız "Neftçi"də çıxış edən 32 yaşlı yarımmüdafiəçi 2017/2018 mövsümündən bu klubun uğurları üçün çalışır.

O, klubun tarixində Azərbaycan çempionatlarında ən azı 40 qol vuran 5-ci futbolçudur.