Azərbaycan milli komandasının gürcülərlə oyunları ləğv edildi

Azərbaycan milli komandasının gürcülərlə oyunları ləğv edildi

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Gürcüstan yığması ilə yoldaşlıq oyunları ləğv edilib.

Mediasport.az xəbər verir ki, buna Gürcüstan kollektivinin Azərbaycana səfər edə bilməməsi səbəb olub.

Azərbaycan komandası hazırlıq prosesini mayın 21-dək davam etdirəcək.

Qarşılaşmalar mayın 18-i və 21-də baş tutmalı idi.

Qeyd edək ki, Gürcüstanda bir neçə gündür siyasi vəziyyət qarışıb, əhali mitinq keçirir.