Millimiz ikinci oyunda da uduzdu
Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsində Belçikanı qəbul edib.
Mediasport.az xəbər verir ki, Fərid Cəlalovun çalışdırdığı komanda ikinci matçında da 0:3 hesabı ilə uduzub.
Azərbaycan AVRO-2026-nın seçmə mərhələsində B qrupunda Avstriya və Belçika ilə mübarizə aparır.
Yarışın formatına uyğun olaraq komandaların digər iki qarşılaşması 2025-ci ilin avqustunda baş tutacaq.
Xatırladaq ki, buna qədər millimiz Avstriyaya da eyni hesabla uduzub - 0:3 (25:16, 25:23, 25:14).
AVRO-2026. Seçmə mərhələ
B qrupu
Azərbaycan - Belçika 0:3 (17:25, 12:25, 19:25)