Mahir Əmrəli "Dinamo"da uzun fasilədən sonra oynadı və 2 qol vurdu
Azərbaycan millisinin hücumçusu Mahir Əmrəlinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
mediasport.az xəbər verir ki, Zaqreb təmsilçisi "Riyeka"nın qonağı olub və 7:2 hesabı ilə qalib gəlib.
Nəhayət ki, Əmrəli uzun müddət fasilədən sonra Zaqreb klubunun formasında meydana çıxıb və 2 qol vurub. O, 72 və 85-ci dəqiqələrdə komandasının son iki qolunun müəllifi olub.
"Dinamo" hazırda 41 xalla liderdir.