Bakı Qran-prisindəki ötmə ən yaxşı ola bilər - "Formula 1"də səsvermə

Bakı Qran-prisindəki ötmə ən yaxşı ola bilər - "Formula 1"də səsvermə

"Formula 1" yarışının Təşkilat Komitəsi cari mövsüm ötmə əməliyyatını ən yaxşı icra edən pilotu müəyyənləşdirmək üçün səsvermə keçirir.

Mediasport.az xəbər verir ki, bu barədə X platformasında məlumat verilib və 5 pilotun namizədliyi irəli sürülüb.

"Aston Martin" pilotu Fernando Alonsonun 3, "Ferrari"dən Şarl Leklerin 2, "Red Bull"dan Serxio Peres, "Haas"dan Kevin Maqnussen, “McLaren” komandasından Lando Norrisin hərəyə 1 ötmə hərəkəti siyahıda yer alıb.

Alonsonun Azərbaycan Qran-prisində "Ferrari"dən Karlos Saynsı keçməsi də namizədlərdən biridir.

Xatırladaq ki, başa çatan mövsümün qalibi "Red Bull"dan Maks Ferstappen olub.