Prezident İlham Əliyev 29 idman mütəxəssisi və idmançıya ev verib

Prezident İlham Əliyev 29 idman mütəxəssisi və idmançıya ev verib

Bəzi idman mütəxəssisləri və idmançılara Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən mənzil verilib.

Mediasport.az xəbər verir ki, 29 nəfərə prezident İlham Əliyev tərəfindən Xankəndidə mənzil hədiyyə olunub.

Eyni zamanda, 1 nəfər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", 17 nəfər "Tərəqqi" medalı ilə təltif edilib.

Bundan başqa, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə 3 nəfərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilib.

Həmçinin, ölkə idmanının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 4 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib.