Azərbaycanlı hakim Zaqreb "Dinamo"sunun matçına təyinat aldı

Azərbaycanlı hakim Zaqreb "Dinamo"sunun matçına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev yeni mövsümdə qadınlar arasında keçiriləcək avrokubok oyununa təyinat alıb.

Mediasport/az xəbər verir ki, o, Türkiyənin “Kuzeyboru” və Xorvatiyanın “Dinamo" (Zaqreb) komandaları arasında CEV kubokunun 1/16 final ilk qarşılaşmasını idarə edəcək.

Qarşılaşmanın digər hakimi Nikolaos Angelides (Yunanıstan) olacaq.

Görüş noyabrın 5-də Aksaray idman kompleksində keçiriləcək.