EEVZA: Estonlara uduzan millimiz bu gün növbəti görüşünə çıxacaq

EEVZA: Estonlara uduzan millimiz bu gün növbəti görüşünə çıxacaq

20 yaşadək qız voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, ilk qarşılaşmada Estoniyaya 3:0 (25:10, 25:15, 25:22) hesabı ilə məğlub olan yığmamız bu dəfə Latviya ilə qarşılaşacaq.

Xatırladaq ki, Litvanın Şaulyay şəhərində keçirilən və yanvarın 7-dək baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakteri daşıyır.