Gəncə klubunda yeni legioner

Gəncə klubunda yeni legioner

Qadın voleybolçulardan ibarət “Gəncə” komandası yeni legioner transfer edib.

Mediasport.az xəbər verir ki, rusiyalı Anna Dmitrieva qərb təmsilçisinin formasını geyinəcək.

Onunla 1 illik müqavilə bağlanıb.

Son klubu ölkəsində “Peterburq-Qaz” komandasında olub.

Qeyd edək ki, “Gəncə” mövsümöncəsi Azərbaycan millisinin üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberovanı heyətinə qatıb.