"Murov" niderlandlılara qarşı

"Murov" niderlandlılara qarşı

Kişi voleybolçulardan ibarət "Murov" klubu bu gün Çağırış Kubokunda növbəti oyununu keçirəcək.

mediasport.az xəbər verir ki, komandamız 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Niderlandda "Orion"la qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu dekabrın 15-də Bakıda olacaq.