Çelenc Kuboku: Gözəlbəyli Türkiyə təmsilçisinin oyununa təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/4 final qarşılaşmasının supervayzeri olacaq.
Gözəlbəyli yanvarın 17-də "Qalatasaray HDI" (Türkiyə) və "Fonte Bastardo" (Portuqaliya) arasında İstanbul şəhərində baş tutacaq matçda hakimlərin işinə qiymət verəcək.
Görüşün ədalət təmsilçiləri bolqarıstanlı İvan Momirov və italiyalı Mikele Brunelli olacaqlar.
Xatırladaq ki, komandalar arasında baş tutan ilk oyunda Türkiyə təmsilçisi qələbə qazanıb (3:0).