"Gəncə"nin sabiq baş məşqçisi "Şəki"nin çalışdırıcısı təyin edildi

  "Gəncə"nin sabiq baş məşqçisi "Şəki"nin çalışdırıcısı təyin edildi

"Şəki" basketbol klubunun yeni baş məşqçisi açıqlanıb.

Mediasport.az xəbər verir ki, ötən mövsüm "Gəncə"ni çalışdıran Bedri Meriç komandanın "sükanı arxasına" gətirilib.

Türkiyəli çalışdırıcı bu vəzifədə nigeriyalı baş məşqçi Aleksander Uconu əvəz edib.