Millimiz gümüş medal qazanıb, Zeynalova fərdi yarışda 3-cü olub

Millimiz gümüş medal qazanıb, Zeynalova fərdi yarışda 3-cü olub

Azərbaycanın bədii gimnastika üzrə gənclərdən ibarət milli komandası və yığmamızın üzvü İlona Zeynalova Rumıniyanın Ployeşti şəhərində keçirilən 23-cü "İrina Deleanu Cup" yarışında uğurla çıxış edib.

Mediasport.az xəbər verir ki, yığmamız komanda yarışında gümüş medal qazanıb.

Millimizin heyətində Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova yer alıblar.

Fərdi yarışda isə İlona Zeynalova çoxnövçülük proqramında bürünc medala layiq görülüb.