Azərbaycandakı səfir Bakıda olan ölkəsinin milli üzvlərilə görüşüb
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe Milli Gimnastika Arenasında qonaq olub.
Mediasport.az xəbər verir ki, o, fevralın 23-dən 25-nədək Azərbaycanda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda iştirak edəcək Yaponiya milli komandasının üzvləri ilə görüşüb.
Komandasına uğurlar arzulayan diplomat idmançılarla birgə xatirə şəkli çəkdirib.