Gimnastlarımız Belarusda beynəlxalq turnirə qatılacaqlar

Gimnastlarımız Belarusda beynəlxalq turnirə qatılacaqlar

Azərbaycan gimnastları Belarusun paytaxtı Minskdə keçiriləcək bədii gimnastika üzrə “Crystal Rose - Grand Prix - Helen Valery” beynəlxalq turnirində iştirak edəcəklər.

Mediasport.az xəbər verir ki, yarışda Mədinə Zaxarovanın rəhbərliyi altında Şəms Ağahüseynova (böyüklər), Zəhra Cəfərova (gənclər), Azadə Atakişiyeva və Nur Sadıqova (hər ikisi yeniyetmələr) mübarizə aparacaq.

Səbinə Hacıyeva isə hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Crystal Rose - Grand Prix - Helen Valery” iyulun 26-dan 28-nə qədər keçiriləcək.