Bakıda 67 ölkənin iştirakı ilə keçirilən Dünya Kuboku başa çatıb

Bakıda 67 ölkənin iştirakı ilə keçirilən Dünya Kuboku başa çatıb

Bakıda təşkil olunan idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub.

Mediasport.az xəbər verir ki, yarışda 67 ölkədən 300-dək kişi və qadın gimnast mübarizə aparıb.

Final mərhələsinin ikinci günündə kişilər arasında tirdə hərəkətlərdə medalçılar məlum olub. Litvalı Robert Tvoroqal qızıl, braziliyalı Artur Mariano gümüş, kolumbiyalı Angel Baraxas isə bürünc medallara layiq görülüblər.

Yarışda fərqlənən idmançılara “AGF Trophy” kuboku da təqdim edilib. Kişilər arasında bu kuboka Azərbaycan gimnastı İvan Tixonov layiq görülüb. Qadınların yarışında isə çinli Siu Duya mükafata sahib çıxıb.

Qeyd edək ki, Dünya Kubokunun dörd mərhələsinin yekununa əsasən, ilk iki yeri tutan idmançılar "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.