Gimnastlarımız Polşada 4 qızıl, 2 gümüş və 1 bürünc medal əldə etdilər
![Gimnastlarımız Polşada 4 qızıl, 2 gümüş və 1 bürünc medal əldə etdilər](https://mediasport.az/uploads/images/202304/image_750x_642abc8e4314b.jpg)
Azərbaycan yığma komandasının üzvləri Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzə 10-cu Vavel beynəlxalq turnirində uğurla çıxış ediblər.
mediasport.az xəbər verir ki, gimnastlarımız turnirdə 4 qızıl, 2 gümüş və 1 bürünc medala layiq görülüblər.
Komandamızın üzvü Ammar Baxşaliyev (13-14 yaş, batut gimnastikası), Nicat Mirzəyev (15-16 yaş, batut gimnastikası), Aleksey Karataşov (15-16 yaş, tamblinq), Bilal Qurbanov (böyüklər, tamblinq) qızıl, Fərhad Mustafayev (11-12 yaş, batut gimnastikası), Tofiq Əliyev (böyüklər, tamblinq) gümüş, Adil Hacızadə (böyüklər, tamblinq) isə bürünc medala sahib olublar.