Hacıyev DÇ-nin finalında!
Sərbəst güləşçimiz Hacımurad Hacıyev İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 Dünya çempionatında finala vəsiqə qazanıb.
mediasport.az xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda moldovalı Vasili Diakonu minimal fərqlə (4:3) üstələyərək adını qızıl medal uğrunda görüşə yazdırıb.
Hacımurad Azərbaycan təmsilçisi həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşacaq.
Yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) qızıl medal qazanıb. Qadın güləşçilərdən isə Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.
Sərbəst güləşçilərimizdən isə 70 kq-da Kənan Heybətovla 97 kq çəkidə yarışan İslam İlyasov dünya üçüncüsü olaraq bürünc medala yiyələniblər.