Avropa çempionatı: 5 güləşçimiz Rumıniyada mübarizəyə başlayır
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürəcək.
Mediasport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan milli komandasının 5 yunan-Roma güləşçisi döşək üzərinə çıxacaq.
55 kq-da təmsilçimiz Rəşad Məmmədov mübarizəyə 1/4 finaldan başlayacaq, digər pəhləvanlarımız yarışa 1/8 finaldan qoşulacaqlar.
Avropa çempionatı. Yunan-Roma güləşi
55 kq: Rəşad Məmmədov – Denis Mihay (Rumıniya)
63 kq: Murad Məmmədov – Brayan Santyaqo (Danimarka)
77 kq: Sənan Süleymanov – Şuay Mamedov (AIN) / İdris İbayev (Almaniya)
87 kq: İslam Abbasov – Ramon Betşart (İsveçrə) / Şimon Şimonoviç (Polşa)
130 kq: Beka Kandelaki – Konsta Maenpaeae (Finlandiya)