Güləşçimiz İspaniyadakı Avropa çempionatında gümüş medal qazandı
İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
MediaSport.az xəbər verir ki, birinciliyin 4-cü günündə qadın güləşi üzrə millimizin son 3 üzvü mübarizəyə qoşulub.
53 kq-da finala çıxmış Gültəkin Şirinova ukraynalı Mariya Yefremov 0:2 hesabı ilə uduzaraq Avropa çempionatının gümüş medalını qazanıb.
Nərgiz Səmədova (57 kq) turniri 5-ci yerdə tamamlayıb. Fatimə İsayeva (65 kq) isə təsəlliverici görüşdə serbiyalı Maşa Peroviçə məğlub olaraq yarışı medalsız başa vurub.