Məmmədyarov 2 pillə irəlilədi, Rəcəbov mövqeyini qorudu
Beynəlxalq Şahmat Federasiyası (FİDE) avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.
Aktivində 2703 xalı olan 39 yaşlı qrossmeyster 2 pillə irəliləməklə 17-ci sıraya yüksəlib.
Teymur Rəcəbov 2700 xalla 33-cü yerdə qalıb.
Ötən ay açıqlanan siyahıda 76-cı olan Rauf Məmmədov “Top-100”ü tərk edib.
Reytinqə norveçli Maqnus Karlsen (2832) başçılıq edir. ABŞ-ın şərəfini qoruyan zəka sahibləri - Hikaru Nakamura (2802) ikinci, Fabiano Karuana (2793) üçüncüdür.
Qadın şahmatçılarımızdan ən yaxşı göstəriciyə yenə Günay Məmmədzadə malikdir. O, 2 pillə irəliləyərək 2441 xalla 31-ci pilləyə qalxıb.
Bir pillə geriləyən Gövhər Beydullayeva (2412) 43-cü, 13 pillə geriləyən Xanım Balacayeva (2384) 60-cı, 21 pillə geriləyən Ülviyyə Fətəliyeva (2369) isə 72-ci sıradadır.
Siyahının lideri 2633 xalla çinli Yifan Hudur. Venjun Ju (Çin, 2563) ikinci, Ley Tinqjie (Çin, 2549) üçüncü olub.