A Seriyasında 2022/2023-cü illər mövsümünün ən yaxşı qolu - VİDEO

A Seriyasında 2022/2023-cü illər mövsümünün ən yaxşı qolu - VİDEO

Futbol üzrə İtaliya A Seriyasında 2022/2023-cü illər mövsümünün ən yaxşı qolu müəyyənləşib.

MediaSport.az xəbər verir ki, çempion “Napoli”nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya bütün rəqiblərini qabaqlayıb.

22 yaşlı forvardın 26-cı turun “Atalanta” ilə ev oyununda vurduğu qol mövsümün ən yaxşısı seçilib.

İlk ilində Neapol klubu ilə ölkə çempionu olan Gürcüstan yığmasının üzvü İtaliya A Seriyasında 34 oyuna 12 qol vurub, 13 məhsuldar ötürmə ilə yadda qalıb.