İcra başçısından "Kəpəz" azarkeşlərini sevindirəcək açıqlama - MÜSAHİBƏ

İcra başçısından "Kəpəz" azarkeşlərini sevindirəcək açıqlama - MÜSAHİBƏ

Premyer Liqanın 12-ci turunun “Kəpəz” - “Səbail” (3:0) matçını stadiondan izləyən Gəncənin icra başçısı Niyazi Bayramov görüşdən sonra müsahibə verib.

mediasport.az saytı müsahibəni təqdim edir.

 Kəpəz”in oyunu və qələbəsi ilə bağlı təəssüratlarınız necədir?

– Yaxşı oyun oldu, “Kəpəz” də yaxşı oynadı.

Futbola həvəsiniz var? Yaxından maraqlanırsız?

– Əlbəttə, maraqlanıram. Bu yaxınlarda klub rəhbərliyi ilə görüşmüşdük. Maraqlanırıq, maraqlanırıq.

Növbəti ev oyunlarını da stadiondan izləməyi planlaşdırırsız?

– Mütləq iştirak edəcəyik. Bu dəfə ayağımız yüngül oldu. Bundan sonra da iştirak edək ki, “Kəpəz” həmişə udsun (gülür).

“Kəpəz”lə bağlı gələcək planlarınız nədən ibarətdir? Şəhərin icra başçısı kimi kluba, komandaya nə kimi köməklik etməyi düşünürsüz?

– İlk növbədə stadionu təmir etmək lazımdır. İnsanların rahatlığı üçün stadionda şərait olmalıdır. Monitor yoxdur.

Tablo, projektorlar…

– Bəli, tablo, projektor, heç nə yoxdur. Düzdür, meydanın vəziyyəti yaxşıdır. Amma şərait arzulanan səviyyədə deyil.

Problemlər aradan qaldırılacaq?

– Sözsüz ki, düzələcək. Özü də gəncəlilər futbolu çox sevir. Gəncədəki oyunlarda azarkeşlərin sayı da çox olur.

Birinci hissəni fəxri tribunadan izləsəniz də, ikinci yarıda azarkeşlərin yanına gəldiz. Bu, nə ilə əlaqədar idi?

– Ab-havanı hiss etmək üçün yerimiz dəyişdik.

Mirələm Həsənli