İddiaçılar Turniri: Nicatın növbəti rəqibi Hindistan təmsilçisi olacaq

  İddiaçılar Turniri: Nicatın növbəti rəqibi Hindistan təmsilçisi olacaq

Kanadada keçirilən İddiaçılar Turnirində Azərbaycanı təmsil edən şahmatçı Nicat Abasov növbəti görüşünü keçirəcək.

Mediasport.az xəbər verir ki, o, 5-ci turda hindistanlı Dommaracu Qukeş ilə qarşılaşacaq.

Nicat qara fiqurlarla mübarizə aparacaq. Abasov turnir cədvəlində 1,5 xalla 4-8-ci, Qukeş 2,5 xalla 2-3-cü yerləri bölüşdürür.

Yarış aprelin 22-də yekunlaşacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.