Azərbaycan idmançıları BRİCS Oyunlarında daha 6 medal qazanıb

Azərbaycan idmançıları BRİCS Oyunlarında daha 6 medal qazanıb

Tatarıstanın Kazan şəhərində keçirilən BRİCS Oyunlarında güləş yarışlarına yekun vurulub.

Mediasport.az xəbər verir ki, son olaraq yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib.

Oyunlara məşqçilər Elvin Mürsəliyevlə Zöhrab Abbasovun rəhbərliyi altında tam heyətlə qatılan komandamızın 6 üzvü fəxri kürsüyə çıxıb.

Arif Niftullayev (97 kq) çempion olub, Ziya Babaşovla (63 kq) Təvəkkül Həziyev (67 kq) ikinci, Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub.

Beləliklə, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan millimiz 151 xalla komanda hesabında 3-cü yeri tutub.

Ümumilikdə Azərbaycan idmançılarının yarışda qazandığı medalların sayı 16-ya yüksəlib.

Komandamızın hesabında 3 qızıl, 5 gümüş və 8 bürünc mükafat var.