Bakıdakı Dünya Kubokunda Azərbaycanı bu xanım təmsil edəcək
Fevralın 18-19-da Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku yarışı keçiriləcək.
mediasport.az xəbər verir ki, turnirdə ölkəmizi Selcan Mahsudova təmsil edəcək.
Böyüklər arasında təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir.
Tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.