Yığmamız İtaliyaya yollanır

Yığmamız İtaliyaya yollanır

Azərbaycanı İtaliyanın Turin şəhərində keçiriləcək akrobatika gimnastikası üzrə "Turin Acro Cup" beynəlxalq yarışında təmsil edəcək idmançılar müəyyənləşib.

Mediasport.az xəbər verir ki, ölkəmizi yarışda məşqçi İradə Qurbanovanın rəhbərliyi altında qarışıq cütlük Ağasif Rəhimovla Raziyə Seyidli, kişi cütlüyü Daniel Abbasovla Murad Rəfiyev, kişi qrupu Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli, Seymur Cəfərov, 13-19 yaş kateqoriyası üzrə qadın qrupu Nəzrin Zeyniyeva, Anaita Bəşiri və Zəhra Rəşidova iştirak edəcək.

Yarışda hakim kimi Dürdanə Əhmədova iş başında olacaq.

Beynəlxalq turnir iyulun 5-7-də keçiriləcək.