Azərbaycan idmançısı Lamiyə Vəliyeva 4-qat dünya çempionudur!
Azərbaycanın paraatleti Lamiyə Vəliyeva 4-qat dünya çempionu olub.
Mediasport.az xəbər verir ki, idmançımız Yaponiyanın Kobe şəhərində keçirilən yarışda T13 kateqoriyasında 400 metr məsafəyə qaçışda finişə 55,03 saniyəyə çataraq bütün rəqiblərini geridə qoyub.
Bu, 22 yaşlı Paralimpiya çempionunun ümumilikdə dördüncü dünya çempionluğudur.
Lamiyə Vəliyeva Kobedəki turnirin ilk günündə 100 metr məsafəyə qaçış yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, ötən il Fransanın paytaxtı Parisdə təşkil edilən dünya çempionatında 100 və 400 metr məsafəyə qaçışda 2 qızıl medal qazanıb.