3 güləşçimiz Fransada Dünya Seriyasında mübarizə aparacaq
İyunun 28-29-da Fransada çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi baş tutacaq.
Mediasport.az xəbər verir ki, San Loren Dü-Var şəhərinin çimərliyində keçiriləcək yarışda ölkəmizi 3 idmançı təmsil edəcək.
Dünya çempionu İbrahim Yusubov əvvəlki kimi, 90 kq-da mübarizə aparacaq.
Dünya mükafatçısı Ramiz Həsənov bu dəfə 80 kq-da qüvvəsini sınayacaq.
70 kq-da isə U-23 Avropa çempionatının gümüş medalçısı Rəşid Babazadə çimərlik güləşində debüt edəcək.