Eşitməqüsurlu əlillər arasında “Payız turniri”nə yekun vurulub

Eşitməqüsurlu əlillər arasında “Payız turniri”nə yekun vurulub

AFFA-nın dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb.

Federasiyadan Mediasport.az saytına verilən məlumata görə, yarışın qalibi “Azəri” komandası olub.

“Ümid” və “Bakı” komandaları müvafiq olaraq 2-ci və 3-cü yeri tutublar.

“Bakı” komandasından Sənan Ağayev turnirin ən yaxşı oyunçusu, “Ümid”dən Sənan Mirzəzadə isə ən yaxşı qapıçı seçilib.

Yarışın ən məhsuldar oyunçusu adını 13 qolla "Azəri”nin Nihad Qarayev qazanıb.

Sonda komandalara medallar, diplomlar və kubok təqdim edilib.


Oyunların nəticələri


26 oktyabr

“Zirvə” – “Bakı” 0:4

“Şimşək” – “Azəri” 0:9

“Ümid” – “Zirvə” 6:1

“Bakı” – “Şimşək” 12:0

 
27 oktyabr

“Ümid” – “Bakı” 6:3

“Azəri” – “Zirvə” 16:0

“Şimşək” – “Ümid” 1:9