İlin hücumçusu - Lionel Messi

İlin hücumçusu - Lionel Messi

ESPN nəşri il üzrə ESPYS mükafatının laureatlarının adlarını açıqlayıb.

MediaSport.az xəbər verir ki, 2023-cü ilin ən yaxşı futbolçusu mükafatına “İnter" (Mayami) komandasının hücumçusu Lionel Messi layiq görülüb.

Argentinalı Qətərdə keçirilən 2022-ci il dünya çempionatının qalibi və turnirin ən yaxşı futbolçusu seçilməsinə görə rəqiblərini qabaqlayıb.