Avropa çempionatında ən çox futbolçu Premyer Liqadan olacaq

Avropa çempionatında ən çox futbolçu Premyer Liqadan olacaq

Bu axşam Almaniyada futbol bayramı - Avropa çempionatı start götürəcək.

Tarixdə 17-ci olacaq qitə birinciliyində dünyanın müxtəlif liqalarından futbolçuların böyük əksəriyyəti eyni bayraq altında mübarizə aparacaq.

Bir çox klublarda rəqib olan əksər oyunçular milli komanda naminə eyni hədəf üçün yarışacaqlar.

Bu futbolçuların əksəriyyəti "köhnə qitə"nin "Böyük beşlik" çempionatlarını təmsil edəcəklər.

Avropa birinciliyində ən çox oyunçu İngiltərə Premyer Liqasının aktivində olacaq.

Çempionşip də daxil, İngiltərə çempionatlarından ümumilikdə 114 futbolçu Almaniyaya yollanıb.

Klublara gəlincə, burada şərikli liderlik var - "Mançester Siti" və "İnter".


AVRO-2024-ə ən çox oyunçu göndərən liqalar


İngiltərə Premyer Liqası - 96 futbolçu

İtaliya A Seriyası - 91

Almaniya Bundesliqası - 75

İspaniya La Liqası - 56

Fransa Liqa 1 - 29

Türkiyə Super Liqası - 24

Çexiya Liqa 1 - 21

İngiltərə Çempionşip - 18

Ukrayna Premyer Liqası, Niderland Erediviziyası, Avstriya Bundesliqası - 15

Səudiyyə Pro Liqası - 14

İtaliya B Seriyası - 13


AVRO-2024-ə ən çox oyunçu göndərən klublar


“Mançester Siti”, “İnter” - 13 futbolçu

“Real”, PSJ - 12

“Bavariya”, “Leypsiq”, “Barselona” - 11

“Bayer”, “Arsenal” - 10

“Slaviya”, “Roma”, “Liverpul”, “Yuventus”, “Bolonya” - 9

“Milan”, “Mançester Yunayted” - 8

“Şaxtyor”, “Feyenoord”, “Fənərbağça”, “Brentford”, “Borussiya" D., “Atletiko” - 7

Mediasport.az