Nigar Nəsirovaya "Paris-2024"ə yollanmaq üçün SON ŞANS

Nigar Nəsirovaya "Paris-2024"ə yollanmaq üçün SON ŞANS

Almaniyanın Münhen şəhərində keçiriləcək Dünya Kubokunda Azərbaycanı təmsil edəcək güllə atıcıları müəyyənləşib.

Mediasport.az xəbər verir ki, mayın 31-dən iyunun 8-dək baş tutacaq yarışda Nigar Nəsirova və Ruslan Lunyov mübarizə aparacaq.

Yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilməyən idmançılar üçün dünya reytinq xalını qazanmaq baxımından son beynəlxalq turnirdir.

İyunun 9-dək dünya reytinqinə əsasən hər bir kateqoriya üzrə sonuncu Olimpiya lisenziyalarının sahibləri müəyyənləşəcək.

Xatırladaq ki, Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarının 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışlarına lisenziyanı təmin edib.