Cənubi Azərbaycan klubunu ispaniyalı məşqçi çalışdıracaq - RƏSMİ

Cənubi Azərbaycan klubunu ispaniyalı məşqçi çalışdıracaq - RƏSMİ

İran liqasında mübarizə aparan Cənubi Azərbaycan klubu "Traktor"un yeni baş məşqçisi müəyyənləşib.

mediasport.az xəbər verir ki, Təbriz klubunda Qurban Berdıyevi Pako Xemes əvəz edib.

İspan məşqçi ilə rəsmi müqavilə bağlansa da, anlaşmanın detalları barədə açıqlama verilməyib. 52 yaşlı mütəxəssisin son klubu Sequndada "İbiza" olub. O, "Las Palmas", "Rayo Valyekano", "Qranada" kimi komandalarda işləyib.