İsmayıl Zülfüqarlı karyerasını Premyer Liqada davam etdirəcək

İsmayıl Zülfüqarlı karyerasını Premyer Liqada davam etdirəcək

"Neftçi" klubu futbolçusu İsmayıl Zülfüqarlını icarəyə verib.

Mediasport.az xəbər verir ki, yarımmüdafiəçi mövsümün sonunadək "Turan Tovuz"un formasını geyinəcək.

Bundan əlavə, "Neftçi" Zülfüqarlının müqaviləsinin müddətini 2026-cı ilədək uzadıb.

Qeyd edək ki, İsmayıl Zülfüqarlı paytaxt klubunun yetirməsidir.