"Neftçi"nin rəqibi bəlli olub

"Neftçi"nin rəqibi bəlli olub

Öncədən xəbər verdiyimiz kimi, Premyer Liqa təmsilçisi "Neftçi" qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Mediasport.az xəbər verir ki, "ağ-qaralar"ın orada keçirəcəyi yoxlama matçında qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib.

Paytaxt təmsilçisi yanvarın 9-da Albaniyanın "Partizani" kollektivi ilə üz-üzə gələcək.

Xatırladaq ki, "Neftçi" yanvarın 14-dək hazırlıq prosesini davam etdirəcək və daha bir rəqiblə qarşılaşacaq.