Yüksək Liqada əsas mərhələnin son oyunlarının vaxtı açıqlanıb

Yüksək Liqada əsas mərhələnin son oyunlarının vaxtı açıqlanıb

Kişi voleybolçular arasında Azərbaycan çempionatında əsas mərhələnin son oyunlarının vaxtı açıqlanıb.

Mediasport.az xəbər verir ki, matçlar aprelin 4-də və 8-də baş tutacaq.

Qeyd edək ki, bu oyunlardan sonra play-off mərhələsinə start götürəcək.

Yarımfinalda 2 oyun (əgər tərəflər hərəsi bir oyunda qalib gələrsə, setlər də bərabər olarsa, qızıl set oynanılacaq), final və üçüncü yer uğrunda isə 1 görüş keçiriləcək.


Yüksək Liqa (kişilər)


4 aprel

17:00. MOİK - “Murov Az Terminal”

“Murov Az Terminal” VK-nun idman zalı

17:00. “Azərreyl" - “Neftçi” (CBC Sport)

GİN-in Voleybol Mərkəzi


8 aprel

17:00. “Neftçi” - MOİK

“Murov Az Terminal” VK-nun idman zalı

17:00. “Murov Az Terminal” - “Azərreyl"

GİN-in Voleybol Mərkəzi