İsraildə planlaşdırılan UEFA matçlarının vaxtları dəyişdirilib

 İsraildə planlaşdırılan UEFA matçlarının vaxtları dəyişdirilib

İsrail-Fələstin müharibəsi daha ağır forma aldıqca beynəlxalq idman federasiyalarının hər iki ölkə ilə bağlı narahatlıqları və qadağaları artır.

Mediasport.az xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) bu dəfə İsraildə keçirilməsi planlaşdırılan bütün futbol matçlarının vaxtı dəyişdirilib.

Bu ölkədə təşkilatın bayrağı altında baş tutması planlaşdırılan görüşlər qeyri-müəyyən müddətə ləğv edilib.

Qərarı UEFA İcraiyyə Komitəsi qəbul edib.

Beləliklə, oktyabrın 26-da keçirilməsi nəzərdə tutulan UEFA Avropa Liqasının "Vilyarreal" (İspaniya) - "Makkabi" (Hayfa) matçı dekabrın 6-da, Avropa Konfrans Liqasının "Makkabi" (Təl-Əviv) - "Zarya" (Ukrayna) qarşılaşması isə noyabrın 25-də təşkil olunacaq.

Hayfa təmsilçisinin U-19 komandası isə UEFA Gənclər Liqasında iştirakdan imtina edib. İsrail təmsilçisini yarışda Çexiyanın "Sparta" (Praqa) klubunun müvafiq yaş qrupundan ibarət komandası əvəzləyəcək.