Azərbaycan millisinin legioner futbolçuları üçün növbəti sınaq
Legioner həyatı yaşayan Azərbaycan millisinin daha 4 üzvünün komandası daxili birinciliklərdə meydana çıxacaqlar.
Mediasport.az xəbər verir ki, Zamiq Əliyevin uğurları üçün çalışdığı "Eqnatia" evdə "Teuta"nı qəbul edəcək.
Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" İstanbul klubu "Fatih Karagümrük"lə üz-üzə gələcək.
Milli komandamızın cinah oyunçusu Ozan Can Kökçülü "Helsinki" səfərdə KuPS klubunun qonağı olacaq.
Emil Mustafayevin uğurları üçün çalışdığı "Polessye" "Levıy bereq"lə münasibətlərinə aydınlıq gətirəcək.
19 oktyabr
Türkiyə 1-ci Liqası. 9-cu tur
14:30 "Bandırmaspor" - "Fatih Karagümrük"
Albaniya Superliqası. 9-cu tur
16:00 "Eqnatia" - "Teuta"
Finlandiya Veikkaus Liqası. Pley-off
19:00 KuPS - "Helsinki"
Ukrayna Premyer Liqası. 10-cu tur
19:00 "Polessye" - "Levıy bereq"