Bir güləşçimiz Avropa çempionu oldu, 3-ü bürünc medal qazandı, daha 2 idmançımız finala çıxdı - AÇ-2023
İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatı davam edir.
MediaSport.az xəbər verir ki, yarışın 5-ci günündə Azərbaycanın 4 sərbəst güləşçisi medal, daha 2 idmançımız isə həlledici görüşə vəsiqə qazanıb.
57 kq-da yarışan Ruslan Abdullayev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. 70 kq-da Cavidan Əhmədov, 79 kq-da Sadiq Mustafazadə və 97 kq-da Zəfər Əliyev 3-cülük uğrunda görüşlərini qələbələrlə başa vuraraq bürünc medalı təmin ediblər.
61 kq çəki dərəcəsində mübarizə aparan Ceyhun Allahverdiyev və 125 kq-da yarışan Yusif Dursunov qızıl medal uğrunda yarışacaq. Allahverdiyev həlledici dueldə ermənistanlı Levik Mikayelyan, Dursunov isə türkiyəli Hakan Büyükcingillə qarşılaşacaq.