Yığma komandamız İspaniyada 8 medal qazandı - AÇ-2023
22-26 mart tarixlərində İspaniyanın Qvadalaxara şəhərində Dünya Karate Federasiyasının böyüklər və parakarateçilər arasında təşkil etdiyi 58-ci Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxış ediblər.
mediasport.az xəbər verir ki, karateçilərimiz 1 qızıl, 4 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 8 dəfə fəxri kürsüyə qalxıblar.
Emiliya Mitlinova parakarateçilər arasında kata üzrə ardıcıl 3-cü dəfə Avropa çempionu adını qazanıb. O, eyni zamanda kata üzrə gümüş medala yiyələnib. Digər parakarateçilərimizdən Nihat Məmmədzadə və Eldar Əhmədov gümüş, Ariyana Mitlinova kata üzrə bürünc əldə ediblər.
68 kq çəki dərəcəsində İrina Zaretska və Fəridə Əliyeva ikinci olub. Kişilərdən isə -75 kq-da Fərid Ağayevlə Tural Ağalarzadə (-67) qitə birinciliyini bürünc medalla başa vurublar.
Karateçilərimiz ümumi medal sıralamasında 9, parakarateçilərimiz isə 2-ci olublar.