Cavid Kazımlı Bolqarıstanda baş tutan Dünya Kubokunda 3-cü olub

  Cavid Kazımlı Bolqarıstanda baş tutan Dünya Kubokunda 3-cü olub

Azərbaycanlı karateçi Cavid Kazımlı Bolqarıstanın Varna şəhərində keçirilən KWU SENSHI üzrə XVIII beynəlxalq seminar və kyokuşin üzrə Dünya Kubokunda 3-cü olub.

Mediasport.az xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində 16-17 yaş qrupunda mübarizə aparan idmançı "bürünc" qazanıb.

Daha sonra yarışda senşi döyüşlərinə start verilib. Bu növdə Orxan Məmmədov ilk döyüşünü tam qələbə ilə bitirib. O, ikinci döyüşünü bu gün keçirəcək.

Azərbaycan millisi Dünya Kubokuna 12 karateçi ilə ( 10 idmançı kyokuşin karate üzrə, 2 idmançı senşi üzrə) qatılıb.